Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Barselona” baş məşqçi Hans Diter Flikin müqaviləsini bir il müddətinə uzatmağı planlaşdırır və müəyyən məqsədlərə nail olunacağı təqdirdə daha bir mövsüm də uzada bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Mundo Deportivo” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, mütəxəssislə şifahi razılıq artıq əldə olunub, lakin məşqçinin özü hesab edir ki, hazırda rəsmi müqavilə üçün ən uyğun vaxt deyil, çünki o, nəticələri ilə müqavilənin müddətini uzatmaq istəyir.
Qeyd edək ki, 61 yaşlı Hans Diter Flik 2024-cü ilin may ayından bəri “Barselona”ya rəhbərlik edir. Məşqçinin klubla hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.
Xatırladaq ki, “Barselona” İspaniya çempionatında 31 oyundan 79 xalla birinci yerdədir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.