AZ

Avropa ölkələri Hörmüzlə bağlı hərəkətə keçdi

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Bir neçə Avropa ölkəsinin lideri malların sərbəst hərəkətini və gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazında çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Rai Nyus 24” məlumat yayıb.

Məlumata görə, sırf müdafiə xarakterli olacaq missiya yalnız İran, ABŞ və İsrail arasındakı münaqişə bitdikdən sonra başlaya bilər:

“Beləliklə, Avropa ABŞ-ın hərəkətləri fonunda uzun müddət diplomatik səylərdən kənarda qaldıqdan sonra müstəqil hərəkət etmək qabiliyyətini nümayiş etdirməyə çalışır. Birgə hərbi missiya üçün hazırlıqlar artıq başlayıb və hərbi liderlər texniki detalları dəqiqləşdirməkdən ötrü gələn həftə Böyük Britaniyada görüşəcəklər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
axar.az

1Mənbələr