AZ

Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir - Hikmət Hacıyev

Antalya. Trend:

Azərbaycan regional məsuliyyət konsepsiyasını dəstəkləyir.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentininköməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələlərişöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumuçərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan “regional məsuliyyət”konsepsiyasını dəstəkləyir və hesab edir ki, regional problemlərregion ölkələrinin özləri tərəfindən həll olunmalıdır.

“Regional məsuliyyət regiona mənsubluq və regional problemlərintərəfdaşlarla birlikdə, xaricdən həlləri gözləmədən və ya onlarıntətbiqinə yol vermədən müstəqil şəkildə həll edilməsini bildirir”,— deyə Prezidentin köməkçisi qeyd edib.

H. Hacıyev vurğulayıb ki, bu yanaşma regional əməkdaşlıq,inteqrasiya və birgə liderliyi əhatə edir.

Seçilən
14
4
az.trend.az

5Mənbələr