AZ

Avropada böyük təhlükə: Milyonlarla nəfər azalacaq

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Avropa Birliyinin əhalisi 2100-cü ilə qədər 11,7% və ya təxminən 53 milyon nəfər azalacaq.

“Cebheinfo.az” xəbər verir ki, bunu “Avrostat”-ın yeni proqnozu göstərir.

AB əhalisinin 2029-cu ilə qədər bir qədər artaraq 453 milyona çatacağı, bundan sonra isə uzunmüddətli azalmaya başlayacağı gözlənilir. Əsrin sonuna qədər əhali 400 milyondan aşağı düşə bilər.

Eyni zamanda, əhali strukturu əhəmiyyətli dərəcədə dəyişəcək: gənc və əmək qabiliyyətli vətəndaşların sayı azalacaq, 80 yaşdan yuxarı insanların nisbəti isə ikiqatdan çox artacaq.

Əsas səbəblərdən biri doğum nisbətinin azalmasıdır. Orta hesabla hər qadına təxminən 1,3 uşaq düşür ki, bu da əvəzedici səviyyədən xeyli aşağıdır.

Problem artıq bəzi ölkələrdə nəzərə çarpır. Məsələn, Fransa hakimiyyət orqanlarının məlumatına görə, 2035-ci ilə qədər məktəblilərin sayı 1,5 milyondan çox azalacaq. 2025-ci ildə Fransada ölüm nisbəti İkinci Dünya müharibəsindən bəri ilk dəfə doğum nisbətini keçəcək.

Demək olar ki, bütün AB ölkələri oxşar demoqrafik problemlərlə üzləşir və bu da hökumətləri doğum nisbətini stimullaşdırmaq üçün tədbirlər görməyə məcbur edir.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
1
cebheinfo.az

2Mənbələr