UEFA Avropa Liqasının 1/4 finalının cavab oyunları çərçivəsində dünən öz meydanında "Portu"nu 1:0 hesabı ilə məğlub edərək (ilk görüş 1:1) yarımfinala yüksələn "Nottingem Forest"in baş məşqçisi Vitor Pereyra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Fantastik komandam var. Uğurun səbəbkarı əsl döyüş rurhuna, xarakterə bə ustalıq səviyyəsinə malik komandadır. Məşqçini nəzərdə tutumuram. "Nottingem" buna layiq idi: klub, azarkeşlər, hamı. Biz bu işin öhdəsindən birlikdə gəlməliydik. Dözməli və oyunun sonunda qürur hissi keçirməliydik".
Yan Bednarek qovulduğu üçün "Portu" 8-ci dəqiqədən azlıqda mübarizə aparıb.
"Meşəbəyilər" 1/2 finalda digər İngiltərə təmsilçisi "Aston Villa" ilə mübarizə aparacaqlar.
Toğrul