AZ

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verildi

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

İdman.Biz xəbər verir ki, yarışın ilk günündə 42 ölkənin idmançıları təsnifat mərhələsində halqa, top, gürzlər və lent proqramlarında çıxış edəcəklər.

Azərbaycanı bu mərhələdə Kamilla Seyidzadə və Gövhər İbrahimova təmsil edəcək.

Bundan əlavə, tamaşaçılar qrup hərəkətlərində də (toplarla çıxışlar) mübarizəni izləyəcəklər.

Qeyd edək ki, Bakı mərhələsi aprelin 19-dək davam edəcək.

Leyla Eminova

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
icma.az

1Mənbələr