AZ

“Cənubi Qafqaz dünyada baş verən proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir” - Kobaxidze

“Cənubi Qafqaz dünyada baş verən proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir”.

Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.

"Təbii ki, bütün bu qeyri-müəyyənliklər və qlobal çağırışlar regionumuza da təsir edir. Lakin Cənubi Qafqaz dünyada baş verən proseslər fonunda xüsusi əhəmiyyət kəsb edir", - deyə siyasətçi vurğulayıb.

Onun sözlərinə görə, Gürcüstan yaranan imkanlardan maksimum istifadə etməyə çalışır və uzun illərdir, Avropa ilə Asiya arasında etibarlı körpü rolunu təsdiqləyir.

"Ticarət marşrutlarının ciddi çağırışlarla üzləşdiyi indiki şəraitdə tərəfdaşlarımıza müəyyən xidmətlər təklif edə bilərik. Gürcüstan malların, xidmətlərin, enerji və rəqəmsal məlumatların səmərəli daşınması üçün tranzit mərkəz rolunu oynayır. Və biz ölkəmizin bu rolunu bundan sonra da gücləndirəcəyik", - deyə Kobaxidze əlavə edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
1
missiya.az

2Mənbələr