AZ

Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər (FOTO)

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)Strateji inkişaf və innovasiyalar departamentinin müdir müaviniAltun Yasinlinin müsahibəsini təqdim edirik.

Klasterləşmə nədir və sahibkarlar üçün hansı imkanlaryaradır?

KOB klaster – eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində,müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini,vahid bazarı və xidmətləri bölüşən KOB klaster şirkəti və KOBklasteri iştirakçılarının birləşdiyi ekosistemdir. Bu ekosistemklaster daxilində əməkdaşlıq nəticəsində xərclərinoptimallaşdırılmasına və istehsalın səmərəliliyinin artmasına səbəbolur. Eyni zamanda KOB klaster modeli müəssisələrarası sinerjini,resursların birgə istifadəsini və innovasiyaların mübadiləsinigücləndirərək ümumi məhsuldarlığı artırır və sözügedənmüəssisələrin rəqabət qabiliyyətinin inkişafını təmin edir.

Klasterləşmə ilə bağlı ölkəmizdə hansı dövlət dəstəyi vəgüzəştlər var?

Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klasterşirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdətutulur. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, KOBklasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq vəəmlak vergisindən azad olunur. Eyni zamanda təsdiqedici sənədəsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnolojiavadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad edilir. KOBklasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klasterşirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldəetdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərininçəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindənazad olunur.

Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)tərəfindən KOB klasterinin funksional xəritəsinin vəmaliyyə-iqtisadi əsaslandırılmasının hazırlanmasına, KOBklasterinin iştirakçısının tapılmasına müvafiq dəstəkgöstərilir.

“KOB klaster şəhadətnaməsi”ni əldə etmək üçün şərtlər vəlazım olan sənədlər nədən ibarətdir?

Müvafiq qanunvericiliyə əsasən ilkin olaraq yaradılacaq KOBklaster çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdəasılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilətəsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulunxammal və materialının dəyərinin 50%-nin klasterin iştirakçısı olanyerli istehsalçılardan təchiz edilməsi tələb olunur. Burada məqsədklasterin inkişafında yerli istehsalın və KOB subyektlərininrolunun artırılmasıdır.

Eyni zamanda Azərbaycan Respublikasında istehsal edilməyən yenirəqabətqabiliyyətli məhsul yaradılması, istehlakın 50%-dən artıqhissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması və yaqonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinqvə s.) göstərilməsi “KOB klaster şirkəti”nin əsasmeyarlarındandır.

Həmçinin ölkə regionlarının investisiya potensialına uyğunolaraq “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrəinvestisiyanın minimum həcmi müəyyən edilib.

“KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı”şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. “KOB klasterşirkəti”nin yaradılması üçün kommersiya hüquqi şəxs müvafiq ərizəvə ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı və ya elektronformada KOBİA-ya müraciət etməlidir. KOB klasterin iştirakçısıolmaq istəyən KOB-lar isə klaster şirkəti ilə müqavilə bağlamalı vəKOBİA-ya müraciət etməlidir. KOB klaster iştirakçılarına təqdimedilən şəhadətnamələr klaster iştirakçısı statusunu təsdiq edir vəonlar da güzəştlərdən yararlanır. Klasterləşmə, KOB klasterinyaradılmasına dövlət dəstəyi, güzəştlər, KOB klaster şirkəti vəonun iştirakçısı şəhadətnamələrini almaq üçün lazım olan sənədlərbarədə məlumatı sahibkarlar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciətedərək öyrənə bilərlər.

Klasterləşmədən mikro sahibkarlar necə faydalanabilər?

Mikro sahibkarlar klaster daxilində tədarükçü, xidmət göstərənvə ya logistika tərəfdaşı kimi iştirak edə bilərlər. Bu onlarınstabil sifariş portfeli əldə etməsinə kömək edir. Eyni zamandaklaster vasitəsilə daha böyük bazara çıxış əldə edir. Birgəmarketinq fəaliyyəti məhsulların tanıdılmasını asanlaşdırır.Həmçinin ortaq infrastrukturdan istifadə xərcləri azaldır. Bu modelmikro sahibkarların sürətlə böyüməsinə əlverişli şəraityaradır.

Hansı sektorlarda klasterlərin yaradılması səmərəliolar?

KOBİA tərəfindən ölkəmizin iqtisadi rayonları üzrə malikolduqları təbii resurslar və ixtisaslaşmış istehsal potensiallarıəsas götürülərək KOB klaster potensialının müəyyənləşdirilməsi üçünmüvafiq araşdırma aparılıb. Araşdırma göstərir ki, ölkəmizdə aqraremal, turizm, tullantıların təkrar emalı sahələrində KOBklasterlərin yaradılması daha səmərəlidir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hansısahələrdə klasterlər qurmaq olar?

Bu iqtisadi rayonlarda aqrar emal yönümlü klasterlərinyaradılması üçün böyük potensial var. Eyni zamanda turizm vəotelçilik sahəsində klaster modeli regionun iqtisadi dirçəlişinətöhfə verə bilər.

Azərbaycanda mövcud KOB klaster şirkətləri barədə birqədər ətraflı məlumat verməyinizi xahiş edirik.

Azərbaycanda artıq iki şirkətə “KOB klaster şəhadətnaməsi”verilib. İlk KOB klaster şirkəti “Frutena KOB klaster şirkəti”MMC-dir və həmin şirkət Qubada təbii meyvə konsentratı istehsaledəcək. Zavod 4 hektar ərazidə yerləşir. Burada illik 4 min tonalma konsentratının istehsal edilməsi nəzərdə tutulur ki, bununüçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOBklaster şirkətinin fəaliyyəti üçün nəzərdə tutulan 15 milyon manatinvestisiyanın 80%-i artıq zavodun fəaliyyətə başlaması üçün sərfolunub. Layihə çərçivəsində ilkin mərhələdə 50 nəfərin daimi işlətəmin edilməsi planlaşdırılır. Burada tikinti-quraşdırma işləriartıq yekunlaşmaqda və avadanlıqların quraşdırılması işləriaparılmaqdadır.

Sumqayıtda fəaliyyət göstərəcək “Naturaoil KOB klaster şirkəti”MMC isə nəqliyyat vasitələrinin (avtomobil, yük maşınları,qatarlar, gəmilər) mühərrikləri üçün hidrorefinasiya olunmuş sürtküyağı istehsal edəcək. Bu məqsədlə 0,7 hektar ərazidə qurulacaqzavodda əsasən yerli xammaldan, xüsusilə tullantı sürtküyağlarından istifadə edilərək müasir tələblərə cavab verən ekolojitəmiz sürtkü yağları istehsal olunacaq. Layihə çərçivəsindəsahibkar tərəfindən ilkin mərhələdə 3 milyon manat, ümumilikdə isə5,8 milyon manat həcmində investisiya yatırılacağı nəzərdə tutulur.İlkin mərhələdə 30-a yaxın iş yerinin yaradılmasıplanlaşdırılır.

Hər iki KOB klaster şirkətinin fəaliyyəti nəticəsində KOB-larlaəməkdaşlıq və birgə fəaliyyət idxalın azalmasına,rəqabətqabiliyyətli məhsulların istehsalının genişlənməsinə, eynizamanda ixrac imkanlarının artmasına töhfə verəcəkdir.

Klasterləşmə
Klasterləşmə
Seçilən
24
2
az.trend.az

3Mənbələr