AZ

ABŞ müttəfiqlərinə silah tədarükünü gecikdirir İranla müharibə ehtiyatları tükəndirib....

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ rəsmiləri bəzi Avropa həmkarlarını məlumatlandırıblar ki, əvvəllər bağlanmış müqavilələr üzrə silah tədarükü, ehtimal ki, ABŞ-ın İranla müharibəsi səbəbindən gecikəcək.

Bu barədə “Reuters” vəziyyətlə tanış olan və anonim qalmaq şərti ilə danışan beş mənbəyə istinadən xəbər verir. Onların sözlərinə görə, bu, Baltikyanı və Skandinaviya ölkələri də daxil olmaqla bir sıra Avropa ölkələrinə təsir edəcək.

Söhbət Avropa ölkələrinin “Foreign Military Sales” (FMS) proqramı çərçivəsində aldığı, lakin hələ müştərilərə çatdırılmayan bəzi silah növlərindən gedir.

Agentlik yazır ki, silah tədarükündə gecikmələr göstərir ki, fevralın 28-də başlayan İranla müharibə ABŞ-ın bəzi kritik əhəmiyyətli silah və sursat ehtiyatlarını tükəndirməyə başlayıb. Qeyd olunur ki, ABŞ hələ İranla müharibədən əvvəl də – Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən və İsrailin Qəzzadakı hərbi əməliyyatlarından sonra digər ölkələrə silah tədarükü səbəbindən milyardlarla dollar dəyərində silah ehtiyatlarını azaltmışdı. Bu ehtiyatlara artilleriya sistemləri, sursat və tank əleyhinə raketlər daxildir.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
azpolitika.info

1Mənbələr