AZ

Starmerin səfir təyinatı qalmaqala səbəb oldu: İstefa tələb edilir

Britaniya Baş naziri Keir Starmerin, təhlükəsizlik yoxlaması ilə bağlı mənfi hesabatın mövcudluğuna baxmayaraq, Ceffri Epşteynlə əlaqələri ilə gündəmə gələn Peter Mandelsonu ABŞ-yə səfir təyin etməsi ilə bağlı açıqlamalardan sonra müxalifət liderləri onun istefasını tələb ediblər.

Turkustan.az xəbər verir ki, məlumata görə, Xarici İşlər Nazirliyinin Mandelson barədə hazırladığı mənfi təhlükəsizlik icazəsi hesabatı nəzərə alınmayıb və onun yerinə “təkmilləşdirilmiş təhlükəsizlik yoxlaması hesabatı” təqdim edilib.

Baş nazirin sözçüsü məlumatı təsdiqləsə də, Starmerin və hökumət üzvlərinin bu barədə yalnız bu həftənin əvvəlində xəbər tutduğu bildirilib.

Qeyd olunub ki, Baş nazir məsələ ilə bağlı araşdırma aparılması üçün göstəriş verib və nəticələrin parlamentə təqdim olunacağı açıqlanıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
1
turkustan.az

2Mənbələr