AZ

Kürdəmirə sürət qatarının bileti bu qiymətə olacaq RƏSMİ

ain.az bildirir, Avtosfer portalına istinadən.

Məlumat verdiyimiz kimi, bu gün Bakıdan Kürdəmirə ilk rəmzi sürət qatarı yola düşüb. Qatarlar 2 saat 11 dəqiqə ərzində Kürdəmir stansiyasına çatacaq.

Avtosfer.az xəbər verir ki, Kürdəmir istiqamətində qatarların minimal qiyməti 11.10 AZN olacaq.

Azərbaycan Dəmir Yolları Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Avtosfer.az-a açıqlamasında bildirib  ki, əvvəllər illik 1000 nəfər sərnişinə xidmət edən qatarların bundan sonra təxminən 2000 nəfərə xidmət edəcəyi gözlənilir.

Qeyd edək ki, pandemiyadan əvvəl Kürdəmirə ən ucuz bilet qiyməti təxminən 6 manat olub. Lakin nəzərdə tutulan qatarlar sürət qatarı deyildi və həmin dövr üçün təşkil edilən yataq tipli qatarlar 3 saat 11 dəqiqəyə Kürdəmirə çatdığı halda, hazırda xətdə fəaliyyət göstərəcək “Stadler” qatarları 2 saat 11 dəqiqəyə stansiyaya çatacaq.

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
avtosfer.az

1Mənbələr