AZ

Behdad Eqbali: Hər 3 4 ildən bir komandanı yenidən qurmaq niyyətimiz yoxdur

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Çelsi"nin şərikli sahibi Behdad Eqbali klubun gələcək strategiyası, transfer siyasəti və baş məşqçi Liam Roseniorun taleyi ilə bağlı mühüm açıqlamalar verib. Sport24.az xəbər verir ki, komandanın nəticələrinə görə narahatlıq olduğunu, lakin uzunmüddətli layihəyə inamın davam etdiyini bildirib.Komandanın hazırkı durumundan narahat olan İqbali vəziyyətin ətraflı analiz edildiyini bildirib:"Altı ay əvvəl hər kəs çox məmnun idi, lakin son nəticələr qarışıq və məyusedici olub. Nəyi daha yaxşı edə biləcəyimizlə bağlı tam təhlil aparırıq".O, transfer siyasəti ilə bağlı da danışıb:"Əsas məqsədimiz klubun ən yaxşı oyunçularını heyətdə saxlamaqdır və biz bunu etmişik. Hər 3-4 ildən bir komandanı yenidən qurmaq niyyətində deyilik. Sadəcə modeli tənzimləyir, səhvlərdən nəticə çıxarır və onu inkişaf etdiririk".Eqbali baş məşqçi Liam Rosenior barədə də fikirlərini bölüşüb:"Onun uğur qazanmaq üçün bütün keyfiyyətləri var. Yaxşı start götürmüşdü, son 5-6 matç çətin keçdi, amma biz onun yanındayıq. Futbol nəticə oyunudur, lakin uzunmüddətli perspektivdə onun uğurlu olacağına inanırıq".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
sport24.az

1Mənbələr