AZ

Davudoğlu: 23 Aprel şənlikləri təxirə salınmalıdır

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Gələcək Partiyasının sədri Əhməd Davudoğlu Şanlıurfa və Qəhrəmanmaraşdakı məktəblərdə baş verən silahlı hücumlarla bağlı açıqlama verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, Davudoğlu baş verən hadisələr fonunda həyatın hər şey normal imiş kimi davam edə bilməyəcəyini qeyd edib.

O, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramına qədər ölkədə milli matəm elan edilməsini təklif edib.

Partiya rəhbəri bütün bayram tədbirləri və rəsmi qəbul mərasimlərinin ləğv olunmasını, məktəblərdə dərslərə anma ilə başlanmasını istəyib.

Davudoğlu həmçinin idman oyunlarının da uşaqların xatirəsinə həsr olunaraq səssiz şəkildə keçirilməsini təklif edib.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
bakivaxti.az

1Mənbələr