AZ

Uzaqdan işdə dedi qodu tələbi

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Pandemiyadan sonra geniş yayılan uzaqdan iş modeli bir çox sahədə məhsuldarlığı artırsa da, əmək bazarına yeni daxil olanlar üçün müəyyən çətinliklər yaradıb.

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, ofis mühitini digər nəsillərlə müqayisədə daha az təcrübə edən "Z" adlandırılan yeni nəsli nümayəndələri iş yoldaşları ilə münasibət qurmaqda çətinlik çəkirlər. 

İngiltərədə aparılan bir araşdırmaya görə, “Z” nəsli nümayəndələri daha yaşlı həmkarları ilə müqayisədə özlərini komandada daha çox kənarda qalmış hiss edirlər.

Belə ki, 18-30 yaş arası çalışanların 44 faizi ofis daxilində baş verən qeyri-rəsmi söhbətləri (dedikoduları) qaçırmaqdan narahatdır, 67 faizi isə uzaqdan işlədiyi üçün həmyaşıdlarından uzaq düşdüyünü düşünür. 

Bu səbəbdən onlar işəgötürənlərdən virtual qəhvə fasilələrinin təşkilini və “Zoom” üzərindən qeyri-rəsmi söhbət (dedi-qodu) sessiyalarının keçirilməsini tələb edirlər.

Əfsanə 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
cebheinfo.az

1Mənbələr