AZ

Bu gün 1/4 finalın növbəti iki matçı keçiriləcək

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bu gün Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu baş tutacaq."Football-plus.az" xəbər verir ki, ilk olaraq “Abşeron Lions” “Şəki”nin qonağı olacaq.Görüş Şəki Olimpiya İdman Kompleksində, saat 14.00-da start götürəcək. İlk görüşdə “Abşeron Lions” üstün olub - 109:78. Günün ikinci oyununda “Sabah” “Naxçıvan”ın müqavimətini qırmağa çalışacaq. Matç Bakı İdman Sarayında, saat 19.00-da başlayacaq. “Sabah” birinci dueldən qalib ayrılıb - 106:74.Qeyd edək ki, ötən gün “Gəncə” “Ordu”nu 85:78 (ilk oyun - 106:108) “Neftçi” NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
5
icma.az

6Mənbələr