AZ

Qlobal sistemdə islahatlar aparmaq və praktiki regional əməkdaşlığın inkişafı üzərində işləmək lazımdır - Cevdet Yılmaz

Antalya.Trend:

Beynəlxalq sistemin qlobal transformasiyası və institutlarınzəifləməsi fonunda ikitərəfli və regional əməkdaşlığın əhəmiyyətiartır.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bunu Türkiyə Respublikasınınvitse-prezidenti Cevdet Yılmaz Antalya Diplomatiya Forumuçərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib

Onun sözlərinə görə, dünya yalnız siyasi deyil, həm də iqtisadisahədə dərin dəyişikliklərlə üzləşməkdədir.

“Qlobal səviyyədə genişmiqyaslı transformasiya baş verir.Təəssüf ki, milli və beynəlxalq institutlar zəifləyir, post-soyuqmüharibə dövrünün nizamı isə təkcə siyasi deyil, iqtisadi baxımdanda dəyişir. Dünya iqtisadiyyatında yeni istehsal modeli formalaşır,geosiyasi gərginlik və regional risklər artır”, – deyə CevdetYılmaz qeyd edib.

O vurğulayıb ki, keçid dövründə həm risklər və çağırışlar artır,həm də yeni imkanlar yaranır.

"Belə şəraitdə, transformasiya dövründə risklər yüksək,çağırışlar böyükdür, lakin eyni zamanda insanların rifahını təminetməyə imkan verən təhlükəsizlik və dayanıqlı inkişaf sahəsindəyeni imkanlar və yanaşmalar meydana çıxır. Bu kontekstdə, mənimfikrimcə, ikitərəfli və regional əməkdaşlıq daha da əhəmiyyətliolur”, – deyə Türkiyənin vitse-prezidenti bildirib.

Yılmaz sabitliyin prioritet olduğunu və regional qarşılıqlıfəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

“Şübhəsiz ki, biz ətrafımızda qeyri-sabitlik vətəhlükəsizliksizlik əvəzinə sabitliyi seçirik. Məhz buna görəregional formatlarda iştirak edirik. Bir yandan, biz NATO-nun üzvüvə Avropa İttifaqına namizəd ölkəyik. Digər yandan isə TürkDövlətləri Təşkilatı kimi yeni regional formatlara, İslam ölkələriarasında əməkdaşlığın genişləndirilməsinə və regional təhlükəsizlikstrukturlarının inkişafına can atırıq”, – deyə o bildirib.

O, həmçinin qeyd edib ki, qeyri-sabitlik şəraitində liderliyinrolu xüsusilə artır.

“Belə turbulent dövrlərdə liderliyin əhəmiyyəti artır. Liderlərhər zaman önəmlidir, ələlxüsus da, bu cür dönəmlərdə. Bu baxımdanPrezident Rəcəb Tayyib Ərdoğanın daha ədalətli dünya nizamınaçağırışı hamımız üçün mühüm məqsəddir”, – deyə Yılmaz qeydedib.

Yılmazın sözlərinə görə, qlobal sistemdə islahatların aparılmasıilə yanaşı, praktiki regional əməkdaşlıq da paralel şəkildə inkişafetdirilməlidir.

“Biz eyni anda iki məqsədi izləməliyik. Bir tərəfdən yeni, dahaədalətli dünya nizamının formalaşdırılması istiqamətində çalışmalıvə bu məqsədi diqqətdən kənarda qoymamalıyıq. Digər tərəfdən isərealist olmalı və mövcud çağırışların öhdəsindən gəlmək üçünikitərəfli və regional əməkdaşlığı inkişaf etdirməliyik. Türkiyəhər zaman münaqişələrə deyil, dialoq və diplomatiyaya dəstəkverir”, – deyə Cevdet Yılmaz bildirib.

Yılmaz sabitliyin prioritet olduğunu və regional qarşılıqlıfəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Seçilən
34
1
az.trend.az

2Mənbələr