AZ

Həkim yaşlılarda psixi sağlamlığın qorunmasının yolunu AÇIQLADI

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Psixiatr Luis Rojas Markos bildirib ki, yaşlılığın həyatın bədbəxt bir mərhələsi olduğu barədə fikir doğru deyil.

Redaktor.az xəbər verir ki, o, yaşlılıq dövründə rifahın əsas düşmənini "ABC" nəşrinə verdiyi müsahibədə açıqlayıb.

Həkimin sözlərinə görə, yaşlı insanların psixi sağlamlığına ən çox zərər verən amillərdən biri sosial izolyasiyadır. Onun fikrincə, yaşlı insanlar öz ruhi tarazlıqlarını qorumaq üçün mütəmadi ünsiyyətdə olmalı, özlərini faydalı hiss etməlidirlər.

Markos əlavə edib ki, bunun üçün könüllü fəaliyyətlərə qoşulmaq və ya hobbilərlə məşğul olmaq yaşlıların həyat keyfiyyətini yüksəldə bilər.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
redaktor.az

2Mənbələr