AZ

İranın Hörmüz təklifi yumşalma siqnalıdır Politoloq

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran ABŞ ilə davam edən danışıqlar çərçivəsində Hörmüz boğazından keçidlə bağlı yeni təklif irəli sürüb. Tehran gəmilərin boğazın Oman hissəsindən maneəsiz keçidinə icazə verə biləcəyini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi ki, bu təklifin bu gün İran tərəfindən meydana çıxması əslində bir yumşalmanın əlaməti kimi qiymətləndirilməlidir:

"Əgər İran əvvəlcə ümumiyyətlə Hörmüz boğazı ilə bağlı heç bir güzəştə getmirdisə, indi deməli hansısa anlaşma, uzlaşma, yəni kompromislər var deyə bilərik. Əlbəttə, Amerika tərəfinin bu təklifə necə münasibət bəsləyəcəyi də önəmlidir. Onun göstərəcəyi münasibətdən asılı olaraq bu kompromis reallaşa bilər deyə bilərik. Hər halda bu gün nüvə proqramı və Hörmüz boğazı İranla Amerika arasında həll olunmayan iki əsas vacib məsələ kimi təqdim olunur. Belə bir təklifin gündəmə gəlməsi o deməkdir ki, güzəşt üçün yer var. İndi görək, yaxın günlərdə Pakistanın vasitəçiliyi ilə keçiriləcək görüşün ikinci raundunda nələr baş verir. Hər halda tərəflərin iradəsi varsa, barışmaq, anlaşmaq, uzlaşmaq imkanları da var deyə bilərik. Düzdür, ola bilsin ABŞ Prezidenti Donald Trampın başqa arzuları olsun və burada öz reallaşmasını tapmasın, amma ən azı Hörmüz boğazı ilə bağlı bir güzəşt imkanının olduğu ortaya çıxır".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
redaktor.az

2Mənbələr