AZ

İçki içirdim deyə arvadım danladı, mən də əsəbləşib, yumruqladım

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 17-də paytaxtın Sabunçu rayonunda baş verib. 1966-cı il təvəllüdlü Mübariz həmin gün təxminən saat 17 radələrində yaşadıqları evin mətbəx otağında rəsmi nikahda olan həyat yoldaşı Züleyxanın (adlar şərtidir – red.) ona aqresiv formada cavab qaytarması səbəbindən mübahisə edib. Münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı o, qəsdən yumruqla bir dəfə arvadının burun nahiyəsindən vurub, ona xəsarətlər yetirib. Mübarizin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Mübariz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Züleyxa ilə 1995-ci ildə ailə həyatı qurub, rəsmi nikahdadırlar, birgə nikahlarından 2 övladları var:“Qızım ailəlidir, bizdən ayrı yaşayır. Oğlum isə subaydır, bizimlə birlikdə yaşayır. Lakin son zamanlar həyat yoldaşım Züleyxa ilə yola gedə bilmirik. Bunun başlıca səbəbi son zamanlar spirtli içki qəbul etməyim olub. Buna görə də Züleyxa mənə irad bildirib”.Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə təxminən saat 17 radələrində yaşadıqları evdə olarkən arvadı Züleyxa ilə sözlə mübahisələri baş verib:“Evin mətbəx otağında olarkən həyat yoldaşım mənə aqressiv formada cavab qaytardığından spirtli içkinin təsiri altında yumruqla bir dəfə onun üz nahiyəsindən vurdum. Yumruq zərbəsi Züleyxanın burnundan dəydiyi üçün o, evin digər otağına keçdi və baş vermiş mübahisə sonlandı. Baş vermiş mübahisə zamanı yanımızda kimsə olmayıb”.İş üzrə zərərçəkmiş Züleyxanın sözlərinə görə, həyat yoldaşı Mübariz səbəbsiz yerə son zamanlar onunla sözlə mübahisələr edib:“Bunun başlıca səbəbi isə Mübariz son zamanlar həddindən artıq spirtli içki qəbul etməsi olub. Sonuncu dəfə təxminən saat 17 radələrində həyat yoldaşım spirtli içkinin təsiri altında yaşadığımız evə gəldi. Yenə də səbəbsiz olaraq aqressiv formada mənimlə mübahisə etməyə başladı. Mən də cavab qaytardıqda Mübariz yumruq zərbəsi ilə bir dəfə burnumdan vurdu. Nəticədə burnumda fiziki ağrı hiss etdiyimdən evin digər otağına keçdim. Lakin hüquq-mühafizə orqanlarına  şikayət etmədim. Buna səbəb burnumda yaranan ağırının sakitləşəcəyini düşündüm. Buna baxmayaraq həyat yoldaşım evdə spirtli içki qəbul etməyə davam etdiyi üçün ona bir daha irad bildirdim. Bu zaman Mübariz evdə münaqişə yaratmağa başladığından şikayət etdim”.Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
demokrat.az

1Mənbələr