AZ

Bakıda WUF13 QHT Forumu keçiriləcək

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə mayın 19-da Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) QHT Forumu keçiriləcək.Demokrat.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva qurumun 5 illik fəaliyyəti ilə bağlı mətbuat konfransında deyib.O qeyd edib ki, Foruma 100-dən çox ölkədən nüfuzlu vətəndaş cəmiyyəti təmsilçilərinin qatılması gözlənilir: "Bu qlobal tədbir yerli və xarici QHT-lərin WUF13 irsinə çevriləcək".A.Əliyeva, həmçinin mayın 14-də "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Qlobal Cənub QHT Platformasının Baş Assambleyasının, mayın 16-da isə Türk Dövlətləri Təşkilatına üzv Ölkələrin QHT-lərinin II Həmrəylik Forumunun keçirilməsinin gözlənildiyini də əlavə edib.Sədr 2026-cı ilin sentyabrında Gəncə şəhərində Azərbaycan QHT-lərin Əməkdaşlıq Forumunun keçiriləcəyini də deyib. (Report)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
8
demokrat.az

10Mənbələr