AZ

Kafedə dalaşdığına görə həbs olunmuşdu, amnistiyaya düşdü

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Qubada kafelərdən birində iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 26-da rayonun kəndlərindən birində baş verib. 1990-cı il təvəllüdlü Əli həmin gün saat 22:00-da kafedə Müslüm (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı o, Müslümü itələyərək onu yumruq zərbəsi ilə vurub, ona xəsarətlər yetirib. Əlinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 26-da, saat 22:00-da kafedə tanışı Müslüm ilə görüşüb: “Həmin vaxt kafedə bizdən başqa heç kəs olmayıb. Orada aramızda mübahisə yarandı. Həmin vaxt Müslümü divara tərəf itələyərək ona yumruqla vurdum”.Quba Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında  Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndləri tətbiq edilib. Onun

barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
demokrat.az

1Mənbələr