AZ

Azərbaycanda toy adətləri dəyişir Avropalaşırıq

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Toylarda “kirayə dostlar” kimi xidmətlərin ortaya çıxması cəmiyyətdə həm təəccüb, həm də ciddi tənqidlər doğurur. Bu cür yanaşma toyun mahiyyətinin dəyişməsi, sosial münasibətlərin süni şəkildə “yaradılması” və maddi göstərişin ön plana çıxması ilə bağlı sualları daha da aktuallaşdırır.Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında məsələ ilə bağlı bildirib ki, bu tendensiyanın yaranması bizi tədricən mənfi mənada avropalaşdırır:“Yəni bəyin və gəlinin, eləcə də onların ailələrinin ətrafında dost-tanış, qohum-əqrəba dairəsi kifayət qədər olmur. Nəticədə insanlar toy kimi mühüm bir gündə belə “kirayə dost” tutmağa məcbur qalırlar. Bu nə deməkdir? Bu o deməkdir ki, həmin şəxs və ya ailə müəyyən mənada cəmiyyətdən təcrid olunub, sosial əlaqələrini zəiflədib. Yəni səmimiyyət və fədakarlıq o qədər aşağı səviyyədədir ki, insan özünə yaxın dostlar qazana bilməyib ki, onlar da gəlib bu sevincli günündə iştirak etsinlər. Əslində dostu o insan qazana bilir ki, həyatında fədakarlıq göstərir. Fədakarlıq olmayan yerdə isə real dostluq münasibətləri formalaşmır”. 

O əlavə edib ki, belə bir tendensiyanın yaranması onu ciddi şəkildə narahat edir:“Çünki bizim mədəniyyətimiz qohumcanlı və dostcanlı mədəniyyətdir. Biz insanlarla ünsiyyətdə olmağı, bir-birimizə dayaq durmağı, xidmət etməyi məhz bu mədəniyyətdən öyrənmişik. Bizim cəmiyyət fərdiyyətçi deyil, kollektiv dəyərlərə əsaslanan, insanların bir-birinə qarışdığı, sosial bağların güclü olduğu bir cəmiyyətdir. Bu səbəbdən də bu kimi halları xoşagəlməz hesab edirəm. Qarşısının alınması üçün isə insanlara davamlı şəkildə düzgün dəyərlər aşılanmalı, dostluğun, qohumluğun əhəmiyyəti təbliğ olunmalıdır. İnsanlar daha çox sosiallaşmalı, özlərini təcrid etməməli, fərdiyyətçilik adı altında təkliyə çəkilməməlidirlər”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
demokrat.az

1Mənbələr