futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İspaniya millisinin futbolçusu Lamin Yamal Avro-2024-ün yarımfinalında Fransanı məğlub etdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, matçda komandasının birinci qolunu vuran 16 yaşlı hücum oyunçusu bunları deyib:
“Finala yüksəldik və sadəcə çempionluq qaldı. Çətin anlarımız oldu. Belə erkən qol buraxacağımızı düşünmürdük”.
Yamal vurduğu baxımlı qolu şərh edib:
“Topu götürdüm və vurdum. Çox baxımlı qol alındı. Xoşbəxtəm. Yaşım haqda düşünməməyə çalışıram. Tək istəyim qələbə qazanmaqdır”.
İspaniya Fransanı 2:1 hesabıyla məğlub edib və finala yüksəlib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.