AZ

Gürcüstan Avropa ilə Asiya arasında etibarlı körpü olduğunu sübut edib - Kobaxidze

Bakı.Trend:

Gürcüstan uzun illər ərzində Avropa ilə Asiya arasında etibarlıkörpü olduğunu sübut edib.

Trend xəbər verirki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V AntalyaDiplomatiya Forumu çərçivəsində “Sabahı formalaşdırmaq,qeyri-müəyyənlikləri idarə etmək” mövzusunda panel müzakirəsindəçıxışı zamanı bildirib.

“Biz əlaqələndirici rolumuzu maksimum dərəcədə gücləndirməyəçalışırıq. Mövcud şəraitdə, ticarət marşrutlarının yenidən ciddiçağırışlarla üzləşdiyi bir vaxtda, dünyanın müxtəlif bölgələrindəkitərəfdaşlarımıza müəyyən xidmətlər təklif edə bilərik”, - deyə oqeyd edib.

Baş nazir vurğulayıb ki, ölkə malların, xidmətlərin, enerjiresurslarının və rəqəmsal məlumatların səmərəli ötürülməsi üçüntranzit mərkəz kimi çıxış edir. O əlavə edib ki, Gürcüstan bufunksiyanı sülh və inkişaf yönümlü siyasət əsasında davam etdirəcəkvə artıq bu yanaşmanın müsbət nəticələri müşahidə olunur.

Seçilən
26
1
az.trend.az

2Mənbələr