AZ

Mourinyo “Real”a qayıtmaq istəyir, klub isə Kloppu gözləyir

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Real Madrid”in baş məşqçi postu ilə bağlı maraqlı vəziyyət yaranıb.

İdman.Biz xəbər verir ki, insayder Fabrizio Romanonun məlumatına görə, klubun əsas hədəfi Yurgen Klopp olaraq qalır. Madridlilər alman mütəxəssisin böyük azarkeşidir, lakin onun tərəfindən konkret addım gözləyirlər. Klub yalnız Kloppun məşqçiliyə qayıtmaq istədiyinə əmin olduqdan sonra hərəkətə keçəcək.

Digər tərəfdən, Joze Mourinyo “Real”a qayıtmağa hazırdır. Portuqaliyalı mütəxəssis belə bir imkan yaranacağı halda Madrid klubundan təklif almağa müsbət yanaşır.

Beləliklə, “Real Madrid” hazırda Klopp variantını ön planda saxlayır, Mourinyo isə fürsət gözləyir.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
icma.az

2Mənbələr