AZ

Bakıda bu keçiddəki lift iki aydır işləmir VİDEO

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakının Xətai rayonunda, Ukrayna dairəsindəki yerüstü piyada keçidində lift işləmir.

Moderator.az-ın “Real TV”yə istinadən verdiyi məlumata görə, sakinlər bildirir ki, keçiddəki lift əvvəllər həftədə iki gün işləyirdi, qalan günlər isə fəaliyyət göstərmirdi.

Qeyd edilib ki, lift artıq iki aydır ki, ümumiyyətlə, işlək vəziyyətdə deyil.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda paytaxt ərazisində lift və eskalatorların təmiri aparılır.

Vurğulanıb ki, sözügedən keçiddəki liftin təmiri üçün xarici ölkədən ehtiyat hissə sifariş edilib. Sifariş gecikdiyi üçün təmir də ləngiyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
5
moderator.az

10Mənbələr