AZ

ABŞ-də İsrailə silah tədarükünün dayandırılması çağırışıEDİLDİ

ABŞ Senatının Demokrat Partiyasından olan üzvü Kris Van Hollen İsrailə silah tədarükünün dayandırılmasına çağırış edib.

Redaktor.az xəbər verir ki, senator bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək, ABŞ-nin vergi ödəyicilərinin vəsaiti hesabına İsrailə bomba və hərbi texnika göndərilməsini düzgün hesab etmədiyini bildirib.

Onun sözlərinə görə, bu addımlar “zorakılığı gücləndirir” və dərhal dayandırılmalıdır. Van Hollen həmçinin ABŞ Prezidenti Donald Trampın siyasətini tənqid edərək İsrailə hərbi dəstəyin dayandırılmasını “hər vasitə ilə” tələb edib.

O, öz paylaşımında İsrail hökumətini də tənqid edərək, Baş nazir Benyamin Netanyahu rəhbərliyini İranla münaqişənin genişlənməsində, Livana qarşı hərbi əməliyyatlarda və Qəzza zolağında mülki əhaliyə qarşı zorakılıqda ittiham edib.

NURİYYƏ

Seçilən
25
redaktor.az

1Mənbələr