AZ

"Space" telekanalı bağlanır?

"Space" televiziyası fəaliyyətini davam etdirir və efir plan üzrə sabit şəkildə həyata keçirilir".

Publika.az xəbər verir ki, bu barədə "Space" televiziyasının icraçı direktoru Nəriman Əbdüləliyev deyib.

O bildirib ki, hazırda kanal daxilində struktur və idarəetmə ilə bağlı optimallaşdırma prosesi aparılır:

"Bu addımlar fəaliyyətin daha effektiv və dayanıqlı modelə keçidini təmin etmək məqsədi daşıyır. Maliyyə məsələləri üzrə sistemli iş aparılır və mövcud öhdəliklərin mərhələli şəkildə tənzimlənməsi nəzərdə tutulur. Kadr dəyişiklikləri daxili idarəetmə qərarları çərçivəsində həyata keçirilir və bu kimi məsələlərlə bağlı əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik".

Nəriman Əbdüləliyev qeyd edib ki, mediada yayılan bəzi məlumatlar ümumi vəziyyəti tam əks etdirmir:

Seçilən
6
26
publika.az

10Mənbələr