AZ

“Qan Bankında yetəri qədər qan ehtiyatı var” Afət Zeynalova

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Qan Bankında yetəri qədər qan və qan komponentləri mövcuddur.

Bunu "Report"a açıqlamasında Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova deyib.

Onun sözlərinə görə, Qan Bankının əsas prioritetlərindən biri qanın toplanması, saxlanması, tədarükü və təhlükəsizliyin təmin edilməsidir:

"Hemofiliyadan əziyyət çəkən şəxslər üçün qan ehtiyatı nəzarət altındadır. Qana ehtiyacı olan şəxsləri təmin edirik".

Xatırladaq ki, bu gün 17 Aprel Ümumdünya Hemofiliya Günüdür. Hazırda Azərbaycanda 1779 hemofiliyalı xəstə dispanser qeydiyyatdadır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
azpolitika.info

2Mənbələr