Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ermənipərəst mövqeyi və anti-Azərbaycan çıxışları ilə tanınan iranlı ekspert Ehsan Movəhhediyan Zəngəzur dəhlizi ilə bağlı qərəzli fikirlər səsləndirib.
Movəhhediyan iddia edib ki, İranın ABŞ-İsrail qarşıdurmasında “qələbəsi” Türkiyəni Azərbaycanla Zəngəzur dəhlizi vasitəsilə birləşdirmək ideyasının həyata keçirilməsini qeyri-mümkün edəcək.
Onun sözlərinə görə, bu vəziyyət Qafqazda “Türk Dünyası” layihəsinin “əbədi olaraq basdırılmasına” gətirib çıxara bilər.Ekspert iddia edib ki, İranın üstünlük əldə etməsi təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiyada güc balansını dəyişdirərək yeni geosiyasi arxitekturanın formalaşmasına səbəb olacaq.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.