AZ

Afət Zeynalova: "Qan Bankında yetəri qədər qan ehtiyatı var"

Qan Bankında yetəri qədər qan və qan komponentləri mövcuddur.

Bunu "Report"a açıqlamasında Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova deyib.

Onun sözlərinə görə, Qan Bankının əsas prioritetlərindən biri qanın toplanması, saxlanması, tədarükü və təhlükəsizliyin təmin edilməsidir:

"Hemofiliyadan əziyyət çəkən şəxslər üçün qan ehtiyatı nəzarət altındadır. Qana ehtiyacı olan şəxsləri təmin edirik".

Xatırladaq ki, bu gün 17 Aprel Ümumdünya Hemofiliya Günüdür. Hazırda Azərbaycanda 1779 hemofiliyalı xəstə dispanser qeydiyyatdadır.

"Cebheinfo.az"

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr