AZ

Seda Sayandan evlilik məsləhəti: 6 dəfə boşanmışam, amma heç vaxt pula görə olmayıb

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Məşhur sənətçi Seda Sayan qatıldığı proqramda qadın-kişi münasibətləri və evlilik barədə səs-küyə səbəb olacaq açıqlamalar verib.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, şəxsi həyatı ilə hər zaman diqqət mərkəzində olan sənətçi, bu dəfə qadınlara həm karyera, həm də doğru partnyor seçimi ilə bağlı kəskin məsləhətlər ünvanlayıb.

Altı dəfə boşanmasına baxmayaraq, heç bir evliliyinin maddiyyat ucbatından bitmədiyini vurğulayan Sayan, münasibətlərdə pulun ən son danışılacaq mövzu olduğunu qeyd edib. Öz zəhməti ilə qazandığını və qadınların mütləq iqtisadi azadlığa sahib olmalı olduğunu bildirən sənətçi, "Öz pulunuzu qazanın, kimsənin cibinə göz dikməyin" deyərək xanımlara çağırış edib.

Yeni nəsil gənclərin evlilikdən gözləntilərini də tənqid edən ulduz, qızların mənəvi dəyərlərdən çox maddiyyata önəm verdiyini və bu səbəbdən "aslan kimi" namizədləri əldən qaçırdıqlarını müdafiə edib. O, münasibətdə əsas meyarların qarşı tərəfin ailəyə və qadına verdiyi dəyər olduğunu xatırladıb.

Xüsusilə maddi sıxıntıları olan kişilərlə bağlı qadınlara xəbərdarlıq edən Seda Sayan, kredit istəyən və ya borcu olan şəxslərdən uzaq durmağı tövsiyə edib.

"Borcu olan kişi əvvəlcə problemlərini həll etsin, sonra gəlsin" deyən sənətçi, qadınlara sərt xarakterli "maço" kişilər əvəzinə, duyğularını bölüşməkdən çəkinməyən romantik bəylərə üstünlük verməyi məsləhət görüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
lent.az

1Mənbələr