AZ

“Yüksəliş” müsabiqəsinə müraciət edənlər hansı ölkədə təhsil alıb?

“Yüksəliş”
VI “Yüksəliş” müsabiqəsi üçün qeydiyyatdan keçən 17 651 iştirakçıdan 16 554 nəfəri bakalavriat təhsilini Azərbaycanda alıb. 1news.az xəbər ki, bunu Altıncı “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi barədə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev brifinqdə deyib.
Xaricdə bakalavr təhsili alanların sayı isə 1 097 nəfər təşkil edir. Onlardan 871 nəfər yalnız xaricdə, 226 nəfər isə həm Azərbaycanda, həm də xaricdə təhsil alıb.
Eyni zamanda, 8 782 nəfərin magistr təhsili, 1 185 nəfərin isə doktorantura səviyyəsində təhsili olduğu qeyd olunub.

Qafar Ağayev

Seçilən
19
1news.az

1Mənbələr