AZ

Aleksey Overçuk: Rusiya və Azərbaycan nəqliyyat sahəsində sıx qarşılıqlı fəaliyyət göstərir

Azərbaycan unikal coğrafi mövqeyə malikdir, rəsmi Bakı ölkəni nəqliyyat qovşağına çevirmək üçün addımlar atır.

"Report" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Azərbaycanın unikal coğrafi mövqeyi var və biz onun həqiqətən əsl nəqliyyat qovşağına, həm şərqdən qərbə, həm də şimaldan cənuba yolların birləşdiyi əsl Avrasiya yolayrıcına çevirmək üçün Azərbaycan Prezidenti, hörmətli İlham Əliyev tərəfindən nə qədər çox işlərin görüldüyünü görürük", - A.Overçuk deyib.

Onun sözlərinə görə, söhbət dəmir yolu, avtomobil, aviasiya və dəniz nəqliyyatının inkişafından gedir.

"Bu sahələrdə hər şey aktiv şəkildə inkişaf edir, yükgöndərənlər, daşıyıcılar və alıcılar üçün maksimum rahat şərait yaradılır. Rusiya Nəqliyyat Nazirliyi və "Rusiya Dəmir Yolları" (RDY) azərbaycanlı həmkarları ilə sıx təmasdadır və biz həmişə bir-birimizi tam başa düşürük. İlk növbədə, bu, "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafına aiddir", - Overçuk əlavə edib.

Seçilən
17
far.az

1Mənbələr