AZ

Bakı-Xırdalan-Sumqayıt qatarlarının fəaliyyətinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

“Dərnəgül dayanacağının istifadəyə verilməsiylə bağlı işlər artıq yekunlaşdırılır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Dəmiryollarının Sərnişindaşımalar departamentinin sədri Azər Fərəcov jurnalistlərə açıqlamasında qeyd edib. 

O bildirib ki, stansiyanın yaxın zamanda istifadəyə verilməsi gözlənilir.

Sədr Bakı-Xırdalan-Sumqayıt istiqamətində  qatarların fəaliyyətinin nə vaxt bərpa olunacağıyla bağlı suala da cavab verib:

"Bu istiqamətdə qatarlarının  fəaliyyəti ilə bağlı təmir işləri aparılır. Bu işlərin də qısa müddətdə bitməsi gözlənilir".

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Seçilən
14
1
bizim.media

2Mənbələr