"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır.
Bunu açıqlamasında səhmdar cəmiyyətin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə işlərə, yəni onların alınması prosesinə başlanılıb: "Amma onların istehsal müddəti iki il müddətinə çəkdiyinə görə, həmin qatarların 2030-cu ilə kimi istifadəyə verilməsi nəzərdə tutulur".
A.Fərəcov deyib ki, ADY elektrikləşdirmə və "yaşıl nəqliyyat" istiqamətində işlər aparır: "Yaşıl enerji"nin istifadə edildiyi, elektrifikasiya olunmuş qatarlarla daşımaların həyata keçirilməsi nəzərdə tutulub".
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© "Report"