AZ

Kobaxidze regional bağlantıların gücləndirilməsinin əhəmiyyətindən danışıb

Sağlam iqtisadi maraqların siyasi maraqlardan üstün olacağı halda bütün dünyada diplomatiyanın rolu daha güclü olacaq. Cənubi Qafqaz bunun üçün çox yaxşı nümunədir.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O qeyd edib ki, bölgədə vaxtilə bir çox problemlər və spesifik münaqişələr olub.

"Lakin hazırda biz - Cənubi Qafqaz ölkələri diqqəti daha çox diplomatik, praqmatik həllərə, bağlantıların gücləndirilməsinə yönəltmişik. Bu, yalnız regionda sülhü qoruyub saxmalağa deyil, həmçinin xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Hesab edirəm ki, bu, çox yaxşı nümunədir və dünyanın bütün xalqları onu nəzərə almalıdır. Biz körpüləri yandırmaq əvəzinə onları qurmalıyıq", - Kobaxidze əlavə edib.

Seçilən
27
3
apa.az

4Mənbələr