AZ

"Liverpul" kütləvi ayrılığa hazırlaşır: 9 futbolçu yol üstədir

“Liverpul” yay transfer pəncərəsində 9 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Bildirilir ki, mövsümün sonunda “qırmızılar” Endi Robertson və Məhəmməd Salahla vidalaşacaq. Bundan əlavə, iyun ayında Kelvin Remzi və Ris Uilyamsın da müqavilələri başa çatır.

Məlumata görə, “Liverpul”un sata biləcəyi oyunçular arasında müdafiəçi Co Qomes, yarımmüdafiəçilər Aleksis Mak Allister, Harvi Elliott, Körtis Cons və vinger Federiko Kyeza da var.

Klubun baş məşqçisi Arne Slot da təsdiqləyib ki, komanda yayda yeni transferlər etməzdən əvvəl bəzi futbolçuları satmalı olacaq.

Seçilən
0
publika.az

1Mənbələr