AZ

Atom enerjisi gələcəkdə Azərbaycanın enerji balansında mühüm rol oynaya bilər - Pərviz Şahbazov

Antalya. Trend:

Atom enerjisi gələcəkdə Azərbaycanın enerji balansında mühüm roloynaya bilər.

Trend-in xüsusimüxbiri xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziriPərviz Şahbazov Antalya Diplomatiya Forumunda çıxışı zamanıbildirib.

Onun sözlərinə görə, ölkənin enerji strategiyası bütün enerjiresurslarının şaxələndirilməsi zərurətinə əsaslanır.

“Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına çoxciddi şəkildə başlayıb. Yaxın illər üçün planlarımızda 8qiqavatadək bərpa olunan enerjinin inkişafı nəzərdə tutulur. Bunun2 qiqavatı artıq 2027-ci ilə qədər daxili enerji sistemimizəinteqrasiya olunacaq. Qalan hissə isə növbəti illərdəgerçəkləşdiriləcək, necə ki, bunu neftlə edirdik və qazla edirik",- deyə nazir bildirib.

Pərviz Şahbazov vurğulayıb ki, Azərbaycanın enerji strategiyasıgetdikcə daha çox interkonnektorlara və yeni enerji əlaqəliliyiformalarına əsaslanır.

“Biz, interkonnektorlar vasitəsilə, enerji əlaqəliliyi yolu iləirəliləyirik. Biz yalnız karbohidrogenlər hesabına deyil, həm dəelektronlar – elektrik enerjisi, o cümlədən bərpa olunan mənbələrhesabına enerji təhlükəsizliyini təmin edəcəyik”, – deyə obildirib.

Nazir həmçinin qeyd edib ki, ölkənin enerji balansında gələcəkdəatom enerjisi də mühüm yer tuta bilər.

“Enerji miksimizdə atom enerjisi də yer alacaq, çünki biz onutəmiz enerji və gələcəyin energetikasının vacib komponenti kiminəzərdən keçiririk. Elektrik enerjisinə tələbatın nə qədər sürətləartdığını anlayırıq. Beynəlxalq Enerji Agentliyinin məlumatınagörə, elektrik enerjisinə tələbat ümumi qlobal enerji tələbatındanüç dəfə daha sürətlə artacaq”, – deyə o bildirib.

Nazirin sözlərinə görə, gələcəkdə “ağıllı enerji keçidi”nin əsaskomponentləri təbii qaz, bərpa olunan enerji mənbələri və atomenergetikası olacaq.

“Bu, sizin dediyiniz kimi, bütün enerji növlərinə hörmətdeməkdir. Heç kim nə neftdən, nə də hətta kömürdən imtina etmir.Böhran dövrlərində kömür istehsalının artdığını müşahidə etdik.Gələcəkdə bütün enerji mənbələrinə ehtiyac olacaq, lakin bizimfikrimizcə əsas olanlar təbii qaz, bərpa olunan enerji və atomenerjisi olacaq”, – deyə Pərviz Şahbazov vurğulayıb.

O, həmçinin Azərbaycan, Türkiyə, Avropa və Mərkəzi Asiyaölkələri arasında regional enerji əlaqəliliyinin əhəmiyyətini qeydedib.

“Biz bu cür layihələri Türkiyə vasitəsilə Avropa ilə birlikdəhəyata keçiririk. Eyni zamanda Azərbaycanın Qazaxıstan vəÖzbəkistanla əlaqəlilik layihəsi mövcuddur ki, bu da sonda Asiyailə Avropa arasında istehsal və istehlak mərkəzlərini birləşdirənelektrik körpüsü yaradacaq. Məhz bu şəkildə enerjitəhlükəsizliyini, ekoloji təhlükəsizliyi və enerji təchizatınınəlçatanlığını təmin edə bilərik. Bu enerji dilemmasını yalnız beləhəll etmək mümkündür. Əgər elementlərdən birini çıxarsaq, qlobalenerji təchizatında balans pozular və hamı bundan zərər görər”, –deyə nazir qeyd edib.

Nazirin sözlərinə görə, gələcəkdə “ağıllı enerji keçidi”nin əsaskomponentləri təbii qaz, bərpa olunan enerji mənbələri və atomenergetikası olacaq.

Məqalədə:
Seçilən
15
2
az.trend.az

3Mənbələr