AZ

Fransada vəkillərin tətili davam edir

Paris, 17 aprel, AZƏRTAC

Fransada vəkillər cinayət hüququ islahatı layihəsinə etiraz olaraq tətili davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə franceinfo.fr portalı məlumat yayıb.

Bildirildiyinə görə, tətilin müddəti müxtəlif vəkil palatalarını təmsil edən kollegiya tərəfindən uzadılıb.

Qeyd edək ki, aprelin 1-də başlayan tətilin məqsədi bu ölkənin ədliyyə naziri Jeral Darmanən tərəfindən irəli sürülən cinayət hüququ islahatına etiraz etməkdir.

Layihə bəzi cinayətlər üzrə etiraf müqabilində yüngülləşdirilmiş cəza mexanizmini nəzərdə tutur. Bu təşəbbüs məhkəmələrin yükünü azaltmaq məqsədi daşıyır. Vəkillər isə proses çərçivəsində saxta etirafların verilməsi təhlükəsindən ehtiyat edirlər.

Paris Məhkəməsinin sədri Peman Qaleh-Marzban “Franceinfo”ya bildirib ki, tətil hakimlər və vəkillər arasındakı münasibətlərin pozulmasına, eləcə də məhkəmə iclaslarının təşkilində çətinliklərə səbəb ola bilər.

Seçilən
14
azertag.az

1Mənbələr