AZ

Çin nüvə enerjisi gücünə görə dünyada lider oldu

Çində nüvə elektrik stansiyalarının ümumi quraşdırılmış gücü rekord səviyyəyə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Çin Nüvə Enerjisi Assosiasiyasının “2026-cı il üçün Nüvə Enerjisinin İnkişafı Hesabatı (Mavi Kitab)”ına əsasən, ölkənin AES-lərinin ümumi gücü 125 milyon kVt təşkil edir və bu göstərici ilə Çin dünyada birinci yerdə qərarlaşıb.

Məlumata görə, hazırda Çində 60 nüvə enerji bloku kommersiya istismarındadır. Bundan əlavə, 36 blok tikilməkdədir ki, bu da dünyada inşa edilən nüvə reaktorlarının yarıdan çoxunu təşkil edir.

Qeyd olunub ki, daha 16 enerji bloku artıq hökumət tərəfindən təsdiqlənib və yaxın gələcəkdə istismara verilməsi planlaşdırılır.

Hesabatda həmçinin bildirilir ki, Çin 2026-cı ildə iki yeni enerji blokunun tikintisinə başlayıb və ilin sonuna qədər daha yeddi bloku istifadəyə verməyi planlaşdırır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
36
6
redaktor.az

8Mənbələr