AZ

Məşhur aktrisa 18 illik evliliyinə son qoydu - SƏBƏB

Türkiyəli aktrisa Bihter Dinçel həyat yoldaşı Barış Dinçel ilə 18 illik evliliyini bitirib.

Milli.Az xəbər verir ki, cütlük "şiddətli keçimsizlik" səbəbilə məhkəməyə müraciət edib və boşanma prosesi qarşılıqlı razılıq əsasında qısa müddətdə yekunlaşıb.

Məhkəmə qərarına əsasən, onların 15 yaşlı övladının qəyyumluğu ortaq şəkildə müəyyən olunub. Ata uşağın xərcləri üçün aylıq 25 min lirə aliment ödəyəcək.

Diqqət çəkən məqamlardan biri isə aktrisanın soyadı ilə bağlı qərar olub. Bihter Dinçel boşandıqdan sonra da keçmiş həyat yoldaşının soyadını istifadə etməyə davam edəcək.

Qeyd edək ki, aktrisa Avrupa Yakası və Geniş Ailə seriallarındakı rolları ilə tanınır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
14
milli.az

1Mənbələr