AZ

Bakıdakı konsertini ləğv etmişdi: qəfil həyatını itirdi

Popstar yarışması ilə tanınan Rıza Tamer Bodrumda vəfat edib.

Ölkə.Az Haber Global-a istinadən xəbər verir ki, 2000-ci illərin əvvəllərində Türkiyənin ən çox izlənən musiqi yarışmalarından biri olan "Popstar"ın iştirakçısı Rıza Tamer, dünən axşam saatlarında menecerinin Bodrumun Konacık məhəlləsindəki evində qəfil pisləşib.

İddiaya görə, axşam saatlarında dincəlmək üçün uzanan Tamerin qısa müddət sonra halı dəyişib. Ürəkbulanma hiss etdiyi və ardınca nəfəs almaqda çətinlik çəkdiyi bildirilən sənətçi üçün yaxınları dərhal təcili tibbi yardım çağırıblar.

Hadisə yerinə gələn qruplar tərəfindən ilk müdaxiləsi edilən məşhur sima təcili yardımla Bodrum Dövlət Xəstəxanasına aparılıb. Lakin Tamer, həkimlərin bütün səylərinə baxmayaraq, həyatını itirib.

Bakıdakı konsertini ləğv etmişdi

Bu gün Bakıdakı restoranlardan birində səhnəyə çıxmalı olan türkiyəli müğənni Rza Tamer bundan imtina edib. 

Müğənni açıqlamasında səhnəyə çıxmamasına səbəb kimi Azərbaycanda Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərib:

“Bu gün Azərbaycanda konsertimiz olacaqdı. Bir gün öncədən şəhəri gəzmək üçün Bakıya getdim. Məkanla əlaqədar heç bir problem yoxdur. Çox gözəl qarşıladılar, möhtəşəm insanlardır. Amma konsertimizi ləğv etmək məcburiyyətində qaldıq. Mən türk pulunun keçmədiyi heç bir ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm mənə əsəbiləşməyin. Anlayış göstərin”. 

İfaçının bu videosu birmənalı qarşılanmayıb. İzləyicilər açıqlamasına görə onu tənqid ediblər. 

Rıza Tamer Kimdir?

Musiqi dünyasının tanınmış simalarından olan Rıza Tamer geniş kütlələr tərəfindən ilk dəfə "Popstar Türkiye" yarışmasının ikinci mövsümündə tanınıb. Yarışma boyu səhnə performansı və güclü səsi ilə diqqət çəkən sənətçi, finalda üçüncü yeri tutaraq adını duyurmağı bacarmışdı.

Əslən Kahramanmaraşlı olan Tamer musiqi karyerasını inkişaf etdirmək üçün İstanbula köçmüşdü. Yarışmadan sonra musiqi fəaliyyətini davam etdirən sənətçi, səhnə çıxışları və özəl tədbirlərdəki performansları ilə populyarlığını qoruyub saxlayırdı.

Son dövrlərdə isə "Benden Sonra" adlı emosional mahnısı ilə yenidən diqqət mərkəzinə düşən Rıza Tamer, xüsusilə sosial mediada böyük maraq görərək yenidən gündəmə gəlmişdi.

Seçilən
22
olke.az

1Mənbələr