AZ

Vərəsələr hansı hallarda 6 ay gözləmədən iddia qaldıra bilərlər?” -HÜQUQŞÜNAS DANIŞDI

“Vərəsələr şəxs vəfat etdikdən sonra açılan vərəsəlik işi çərçivəsində onun mirasını qəbul etmək hüququ olan yaxın qohumlardır.”
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Rami Süleymanov bildirib.
Onun sözlərinə görə, miras əmlakı ilə bağlı təcili tədbirlərin görülməsi zərurəti yarandıqda, vətəndaşlar və ya varislər notariat orqanına müraciət edə bilərlər:

”Təcili tədbirlərə, məsələn, kreditorlar qarşısında öhdəliklərin yerinə yetirilməsi, müəssisənin bank və ya müqavilə üzrə fəaliyyətinin davam etdirilməsi, eləcə də işçilər qarşısında məsuliyyətlərin icrası daxildir.

Belə hallarda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1319-cu maddəsinə əsasən, notariat orqanı tərəfindən miras əmlakına idarəçi təyin edilə bilər. Varislər qarşılıqlı razılıq əsasında öz aralarından bir şəxsi əmlakın idarəçisi kimi müəyyən edə bilərlər. Bu barədə müvafiq sənəd hazırlanaraq aidiyyəti dövlət qurumuna təqdim olunur və həmin qurum da əməliyyatların həyata keçirilməsinə hüquqi əsas verir.

Ümumilikdə isə qanunvericilikdə müəyyən olunmuş müddətlərə riayət edilməsi vacibdir. Altı aylıq müddət vərəsələrin dairəsinin və miras əmlakının tam və düzgün şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur ki, gələcəkdə mümkün mübahisələrin qarşısı alınsın”.

Müəllif: Günay Hacıyeva
Seçilən
24
1
sia.az

2Mənbələr