AZ

Soltan Məmmədov: Respublika Narkoloji Mərkəzi ilə özəl reabilitasiya mərkəzlərinin koordinasiyası çox önəmlidir

Respublika Narkoloji Mərkəzi ilə özəl reabilitasiya mərkəzlərinin koordinasiyası çox önəmlidir.

APA xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov komitənin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, ölkədə çoxsaylı özəl narkoloji müalicə və reabilitasiya mərkəzləri fəaliyyət göstərir: “Bir müddət öncə bəzi mərkəzlərin hələ də standart prosedurlara uyğun olmayaraq çalışması ilə bağlı problemlər yaranmışdı. Bu problem hələ də davam edir. Orada bəzən qeydiyyatdan keçməmiş xəstələr də müalicə olunur, reabilitasiya keçirlər. Bu baxımdan, Respublika Narkoloji Mərkəzi ilə onların koordinasiyası, qeydiyyatı çox önəmlidir. Elə xəstə var ki, 10 dəfə reabilitasiya keçibsə, sonradan onun işə cəlb olunan zaman tələb olunan reabilitasiya müddətini düzgün qiymətləndirmək, bəzənsə qeydiyyatdan keçmədən orada müalicə olunmasının müəyyən olunması çox vacibdir. Bu məsələyə nəzarətin gücləndirilməsi çox önəmlidir”.

Seçilən
4
1
apa.az

2Mənbələr