“Yuventus” Duşan Vlahoviçlə yeni müqavilə danışıqlarını dayandırıb.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında görüşlər mövsümün sonuna qədər təxirə salınıb. Bu isə o deməkdir ki, serb hücumçu yayda azad agent kimi klubdan ayrıla bilər.
Turin təmsilçisi daha əvvəl Vlahoviçin illik 12 milyon avro maaşını azaltmağı təklif etsə də, futbolçu bu şərtlərlə razılaşmayıb.