AZ

İnsan alveri və rəqəmsal tələ: sosial şəbəkələrin rolu artır

Azərbaycanda insan alverinə qarşı keçirilən son əməliyyat zamanı iki nəfərin həbs olunması bu cinayətin yeni üsullarla davam etdiyini göstərir. Daxili İşlər Nazirliyi tərəfindən ifşa edilən faktlar sosial şəbəkə və onlayn platformaların insan alverində artan rolunu yenidən gündəmə gətirir.

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev QHT.az-a açıqlamasında bildirib ki, müasir dövrdə insan alverçiləri daha çox sosial şəbəkələr və onlayn iş elanları vasitəsilə fəaliyyət göstərirlər. Bu platformalar potensial qurbanların cəlb olunması ilə yanaşı, cinayətkarların anonimliyini qorumağa imkan yaradır.

Bu səbəbdən rəqəmsal mühitdə nəzarətin gücləndirilməsi vacib hesab olunur. Platforma sahibləri üçün hüquqi öhdəliklərin artırılması, şübhəli elanların avtomatik aşkarlanması üçün texnoloji alətlərin tətbiqi əsas tədbirlər sırasındadır.

Eyni zamanda dövlət qurumları ilə texnologiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi də mühüm istiqamətlərdən biri hesab olunur.

Piranə Xasiyeva

Seçilən
14
qht.az

1Mənbələr