AZ

Qəhrəmanmaraş hadisəsi: Nazir postunu tərk edir?

Türkiyədə Milli Təhsil naziri Yusuf Tekinlə bağlı istefa xəbərləri yayılıb.

News365.az-ın məlumatına görə, yerli media və sosial şəbəkələrdə dolaşan iddialarda bu məsələnin Qəhrəmanmaraşda baş vermiş silahlı insidentlə əlaqələndirildiyi qeyd olunur.

Hələlik rəsmi qurumlar tərəfindən bu xəbərlərə dair hər hansı təsdiq və ya açıqlama verilməyib.

Xatırladaq ki, aprelin 15-də Qəhrəmanmaraşda yerləşən məktəblərdən birində silahlı hücum baş verib. Hadisə nəticəsində həyatını itirənlər arasında bir müəllim və şagirdlərin olduğu bildirilir.

News365.az

Seçilən
11
news365.az

1Mənbələr