Bakı.Trend:
“Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) dəhliziAvropa, Yaxın Şərq və Cənubi Asiyanı birləşdirən strateji iqtisadikəmərə çevrilə bilər.
Trend xəbər verirki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq və tarifsiyasəti departamentinin marketinq şöbəsinin müdir müavini ZiyaMəmmədov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, TRIPP yalnız qısamüddətli ticarət təşəbbüsü kimideyil, həm də Avropa, Yaxın Şərq, Cənubi Asiya və daha geniş Xəzərregionu arasında regional əlaqəliliyi transformasiya etməkpotensialına malik uzunmüddətli strateji logistika platforması kimiqiymətləndirilə bilər.
“Türkiyə, İraq, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş ƏrəbƏmirlikləri, Qətər, Azərbaycan, eləcə də potensial olaraq Farskörfəzi ölkələrinin və Mərkəzi Asiyanın daha geniş bazarlarınıbirləşdirərək, bu dəhliz ənənəvi dəniz “dar boğazları”ndan vəyüklənmiş gəmiçilik xətlərindən asılılığı azaldan şaxələndirilmişticarət marşrutu formalaşdıra bilər.
Yaxın illərdə qlobal təchizat zəncirləri getdikcə daha çoxdayanıqlılıq, çeviklik və marşrutların şaxələndirilməsinəyönələcək. Bu kontekstdə TRIPP müxtəlif regionlarda istehsalmərkəzlərini, istehlak bazarlarını, enerji ixracatçılarını vətranzit qovşaqlarını birləşdirərək quru və dəniz marşrutlarınıəlaqələndirən mühüm multimodal şəbəkəyə çevrilə bilər”, – deyəpaylaşımda bildirilib.
Z.Məmmədovun sözlərinə görə, TRIPP dəhlizi bir sıra uzunmüddətliüstünlüklərə malikdir. Türkiyə Balkanlara və Aralıq dənizinə çıxıştəmin edərək Avropaya açılan qapı rolunu oynaya bilər, İraq isəFars körfəzi ölkələri ilə Türkiyə arasında quru körpü kimi əsas roloynayır. Pakistan Cənubi Asiyaya və Ərəb dənizi ticarət axınlarınabirbaşa çıxışı təmin edir, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər isəinvestisiyalar, inkişaf etmiş liman infrastrukturu və sənaye tələbihesabına yük axınlarını artıra bilər. Azərbaycan Bakı limanı,Şərq–Qərb infrastrukturu və Orta dəhliz vasitəsilə stratejibirləşdirici rol oynayır, dəmir və avtomobil yollarının, qurulimanların və logistika zonalarının inteqrasiyası isə dayanıqlımultimodal sistemin formalaşmasına imkan verəcək. Bundan əlavə,marşrutların şaxələndirilməsi geosiyasi qeyri-sabitlik və yüklənmişdəniz “dar boğazları” ilə bağlı riskləri azaldır.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidentiİlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞPrezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddəregional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin(“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununlayanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və DövlətlərarasıMünasibətlər haqqında” Sazişi paraflayıblar.