AZ

Minalanmış tarlada gəzirəmmiş kimi keçir günlər... - Seçil Oğuzdan şeir

Kulis.az türk şair Seçil Oğuzun şeirini Gülər Natiq İsaqın tərcüməsində təqdim edir.

Bəzəyib-düzədikləri bu zamana

qapı aralığından qorxulu gözlərlə baxan təkəm.

Minalanmış tarlada gəzirəmmiş kimi keçir günlər.

Nə qəribədir!

Səhər nə vaxt açılır,

axşam nə vaxt düşür;

fəsillər necə dəyişir,

onu da duymuram...

Hiss edə bilmədiyim bir dünya nəsnə...

Heç kim

hec kəsi hiss etmir artıq,

Bəlkə də bir-birimizi eyni ağrıyla dinləmədiyimizdən...

Bəlkə də hər yeni gün itən dəyərlərdən...

Bu maqnoliya ağacı da əvvəlki kimi xoşbəxt deyil...

Seçilən
2
1
kulis.az

2Mənbələr